SON ZƏNG

İyunun 14-də məktəbdə "Son zəng" tədbiri bu dəfə mövcud pandemiya şəraitinə uyğun olaraq məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla, yalnız məktəbin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə təşkil olundu. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən məktəbin direktoru Taleh Quliyev zəfərlə sonlanan 44 günlük Vətən müharibəsindən çıxışlar etdi, xalqımızı bir daha təbrik edərək müstəqil həyata qədəm qoyan məzunlara ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı.Daha sonra tədbirin ən həyacanlı məqamı olan 11-ci sinfi bitirən şagirdlər üçün son zəng çalındı. Bir daha məzunlarımızı təbrik edir, onlara Ulu Öndərimizin bizlərə miras qoyduğu müasir Azərbaycanımızda müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi