“YAY MƏKTƏBİ” NİN TƏŞKİLİ İLƏ BAĞLI MÜƏLLİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

İyunun 14-də məktəb rəhbərliyinin iştirakı ilə müəllimlərlə görüş keçirildi. Görüşdə çıxış edən məktəbin direktoru Taleh Quliyev Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək “Yay məktəbi”nin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Direktor bildirdi ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi koronavirus pandemiyası və 2020-ci ilin payız aylarında hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrini aradan qaldırmaq, təhsilalanlara zəruri bilik və bacarıqlar verməkdən ibarətdir. Təşkil olunacaq yay məktəbində I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edəcək. Hər sinif üzrə minimum 3 şagirdin olması nəzərdə tutulub. Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə isə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi