Şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə dəyirmi masa keçirildi

İyunun 12-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Məmmədovanın təşkilatçılığı ilə “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə dəyirmi masa keçirildi. Gülnarə müəllim dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu bildirdi, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğunu vurğuladı. Bu baxımdan qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər Nizami Gəncəvi yaradıcılığından və həyat yolu barədə məlumat verdilər.