Şagirdimiz Zülfiyyə İmanzadənin uğurları

Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 5 aprel-3 iyun tarixlərini əhatə edən “Üç alov” beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilmişdir. Onlayn platformada keçirilən festivalda "Folklor instrument" janrında məktəbin 6"A" sinif şagirdi İmanzadə Zülfiyyə Eldar qızı II yerə layiq görülmüşdür. Zülfiyyə İmanzadənin daha bir uğuru isə "Art Olimpia 2021" Beynəlxalq incəsənət müsabiqəsində kamança incəsənət növündə Yunior 1 yaş solo nominasiyası kateqoriyası üzrə II yer tutmuşdur. Məktəbin direktoru Taleh Quliyev şagirdimizi uğurlarına görə diplomla təltif etmişdir. Şagirdimizi təbrik edir, ona gələcəkdə uğurlar arzu edirik.