GÖRKƏMLİ ELM XADİMİ LUTFİ ZADƏNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ŞAHMAT YARIŞI KEÇİRİLDİ

İyunun 10-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və şahmat müəllimi Xaliq Məmişovun təşkilatçılığı ilə görkəmli elm xadimi Lutfi Zadənin 100 illik yubileyi münasibətilə şagirdlər arasında şahmat yarışı keçirildi. Uğurlu nəticə əldə edən şagirdlər qalib elan olundu və məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldılar.