28 May Respublika Günüdür

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı ilə 28 may Respublika Günü ilə bağlı məktəbin ayrı-ayrı sinif şagirdləri tərəfindən təqdimatlar hazırlanmışdır. Şagirdlər təqdimatlarında Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olması barədə ətraflı çıxışlar etmişlər.