Aynur Balaməmmədovanın uğuru

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçığı ilə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş onlayn breyn-rinq yarışı keçirilmişdir. Məktəbimizin 8 b sinif şagirdi Balaməmmədova Aynur Elman qızı uğurlu nəticə göstərərək II yerə layiq görülmüş, diplom və hədiyyə ilə mükafatlandırılmışdır.