Görkəmli elm xadimi Lutfi Zadənin 100 illik yubileyi münasibətilə tədbir keçirildi

Mayın 21-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və riyaziyyat müəllimi Mahirə İsmayılovanın təşkilatçılığı ilə görkəmli elm xadimi Lutfi Zadənin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər iştirak etdi. Mahirə müəllim ilk növbədə hər zaman elmə və alimlərə yüksək diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin respublika səviyyəsində qeyd olunması barədə məlumat verdi. Uşaqlıq illərindən xarici ölkədə yaşamasına baxmayaraq, ürəyi hər zaman Azərbaycana bağlı olan görkəmli şəxsiyyətin məhsuldar elmi fəaliyyəti ilə ölkəmizi layiqli səviyyədə təmsil etdiyi və tanıtdığını bildirdi. Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi misilsiz xidmətlərin ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyi və onun “Dostluq” ordeni ilə təltif edildiyi qeyd olundu.Daha sonra şagirdlər Lutfi Zadə haqqında məlumatlar verdilər, “Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin riyaziyyatda rolu” mövzusunda məruzələrlərlə çıxışlar etdilər.

   Azərbaycanın görkəmli şəxsiyyətləri və elm xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin şagirdlər arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi