“Beynəlxalq Ailə Günü” münasibəti ilə dəyirmi masa keçirildi

Mayın 17-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və psixoloq Sürayə Bayramovanın təşkilatçılğı ilə 15 may “Beynəlxalq Ailə Günü” münasibətilə şagirdlərlə dəyirmi masa keçirildi. Sürayə müəllim çıxış edərək ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasından şagirdlərə ətraflı məlumat verdi, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasını xüsusi ilə qeyd etdi.