Fidanın uğuru

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonularının orta məktəb şagirdləri arasında “Müdrik siyasət-Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsi keçirilmişdir. Əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsindən ibarətdir. Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin 33 nəfər qalib şagirdlərində biri məktəbimizin 10 “h” sinif şagirdi Valehli Fidan Müşfiq qızı olmuşdur. Şagirdimizi təbrik edirik.