Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş onlayn breyn-rinq yarışı keçirildi

Mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş onlayn breyn-rinq yarışı keçirilmişdir. Məktəbimizin şagirdləri yarışda iştirak etmiş, 8“b” sinif şagirdi Balaməmmədova Aynur Elman qızı 2-ci yer və 8 “b” sinif şagirdi Alməmmədova Zöhrə Ramil qızı 3-cü yer tutaraq mükafatla təltif olunmuşlar.