Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirildi

Mayın 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əşrəfova və biologiya müəllimi Zemfira Alverdiyevanın təşkilatçılığı, 5“ç", 7“v” sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdi. Kəmalə müəllim Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. O qeyd etdi ki, Ulu Öndərin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.Zemfira müəllim vurğuladı ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər haqqında geniş məlumatlarla çıxış edən müəllimlər şagirdlərə videoçarx nümayiş etdirdilər, şagirdlərin ifasında şeirlər səsləndi.