QAZİ POLKOVNİK-LEYTENANT VÜSAL HÜSEYNOV İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Mayın 1-də Vətən müharibəsində torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş zabit, polkovnik-leytenant qazi Vüsal Hüseynovun məktəb şagirdləri ilə onlayn görüşü keçirildi. Görüş tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və psixoloq Sürayə Bayramovanın təşkilatçılığı ilə baş tutdu. İlk öncə Azərbaycan Dövlət himni səsləndirildi, vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş Vüsal Hüseynov əsgərlərimizin qəhrəmanlığından, öz döyüş yolundan, ordumuzun şanlı qələbə qazanmasından danışdı, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladı. Daha sonra şagirdlər vətənpərvərlik şeirləri söylədilər. Görüşdə Vüsal Hüseynov şagirdləri maraqlandıran sulları ətraflı cavablandırdı.