Məktəb nizam-intizam qaydaları haqqında şagirdlərlə onlayn görüş keçirildi

Aprelin 24-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və texnologiya müəllimi Nərgiz Məmmədovanın birgə təşkilatçılığı, 5”G” sinif şagirdlərinin iştirakı ilə məktəb nizam-intizam qaydaları haqqında onlayn formatda maarifləndirici söhbət aparıldı. Müəllimlər çıxış edərək bildirdilər ki, məktəb uşaqların təhsil almaq hüquqlarını təmin etməklə yanaşı həm də uşaqların təlim və tərbiyəsində də böyük rol oynayır. Məktəb kiçik bir cəmiyyətdir. Pedaqoqların fikrincə uşaq ailənin güzgüsüdür. Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, davranış qaydalarını təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur. Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik edən əsas vasitələrdən biridir. Söhbətdə şagirdlər çox fəal iştirak etdilər, onları maraqlandıran suallar cavablandırıldı.