XI SİNİF ŞAGİRDLƏRİ İLƏ PSİXOLOJİ SÖHBƏTLƏR APARILDI

Aprelin 22-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucov və psixoloq Sürayə Bayramova tərəfindən XI sinif şagirdləri ilə imtahan öncəsi stimul vermək məqsədi ilə onlayn görüş keçirildi. Psixoloq imtahanqabağı stressin, depressiya və yorğunluğun şagirdlərin üzləşdiyi əsas problemlərdən olduğunu qeyd etdi. Şagirdlərin imtahan zamanı stress altında olması, stressin hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinə əngəl olduğundan və bu kimi əngəllərin qarşısının alınması üsullarından, bu səpkidə olan problemlərin həlli yollarından söhbət açdı. Şagirdlərin imtahan ərəfəsində zamanlarını necə idarə etmələri, imtahan boyu səhvə yol verməmək üçün öz həyəcanlarını necə düzgün yönləndirəcəkləri haqqında tövsiyələr verildi.