“Biz zəfər qazandıq!” onlayn rəsm müsabiqə-sərgisi keçirildi

Aprelin 19-da məktəbdaxili şagirdlər arasında “Biz zəfər qazandıq!” adlı onlayn rəsm müsabiqə-sərgisi keçirilmişdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan rəsm müsabiqə-sərgisi təsviri sənət nominasiyası üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilib.Məqsəd böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarət olmuşdur.