Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan rəsm işləri

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı ilə məktəbin şagirdləri klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə rəsm əsərləri çəkmişlər. Məqsəd uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, təsviri sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.