“Ətraf mühitin qorunması və Azərbaycanın ekologiyası" mövzusunda onlayn tədbir keçirildi

Aprelin 16-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, biologiya müəllimi Səma Rüstəmovanın və  9 “o” sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühitin qorunması və Azərbaycanın ekologiyası" mövzusunda onlayn tədbir keçirildi. Səma müəllim mövzu ətrafında şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, müasir dövrdə insan sayının artması, artan tələbat, qlobal istiləşmə, insanların ətraf mühit haqqında dərindən biliyə malik olmaması ətraf mühiti çirklənməsinə təsir edən amillərdən biridir. Hər bir kəs ekoloji problemlərin yarandığı bir dövrdə təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Hər bir məktəblini təbiətə qayğılı və məsuliyyətli münasibət bəsləmək ruhunda tərbiyə etmək lazımdır. Ekoloji problemlər, ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin bu kimi problemlərin həllində nə dərəcədə effektli olduğundan şagirdlərə bəhs edildiŞagirdlər hazırladıqları təqdimatlarda təbiət və ətraf mühitin qorunması ilə bağlı öz fikirləri ilə çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi