7 aprel - Ümumdünya Sağlamlıq Günüdür

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı ilə “7 Aprel-Ümumdünya Sağlamlıq Günü” ilə bağlı məktəb şagirdləri tərəfindən videoçarxlar hazırlandı. Şagirdlər insanların zərərli vərdişlərdən uzaq olmaları, sağlam qidalanmaları, siqaretin insan orqanizminə ziyanı barədə videoçarxlarda ətraflı çıxışlar etdilər.