“Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda onlayn tədbir keçirildi

Aprel 3-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Məmmədovanın təşkilatçılığı və 8 “a” sinif şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri şanlı tariximizdir” adlı onlayn tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdi. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Gülnarə Məmmədova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 2016-cı il aprelin əvvəllində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixiləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü,xalqımızın birliyini,həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Tədbirdə şagirdlər Aprel şəhidlərinin qəhrəmanlıqlarından bəhs edən şeirlər,mahnılar söylədilər.Tədbirdə həm də qeyd olundu ki, əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank,15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.Tədbirin sonunda şagird Anar Mürsəlovun hazırladığı “Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” adlı videoçarxı nümayiş etdirildi.