2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür

Aprelin 2-də məktəbin kitabxana müdiri Təranə Qafarovanın, ibtidai sinif müəllimi Ülkər Tağıyevanın təşkilatçılığı və 2 “ğ” sinif şagirdlərinin iştirakı ilə 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş tədbir keçirildi. Əsas məqsəd uşaqları son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsi artırmaq, milli dəyərlərimizi yaşatmaqdır. Təranə Qafarova əlamətdar gününün və tədbirin əhəmiyyətindən danışdı, uşaqların kitaba olan marağının artırılmasında böyük rol oynadığını bildirdi.Qeyd edək ki, Beynəlxalq Uşaq Kitabı Gününün maraqlı tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. 1967-ci ildən etibarən danimarkalı yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə əlamətdar gün kimi qeyd olunur.