31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Martın 31-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, tarix müəllimi Sultan Bayramovanın təşkilatçılığı və 7 “e” sinif şagirdlərinin iştirakı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirildi.Tədbir “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdi. İlk öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sultan Bayramova ermənilərin tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışdı. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etdi. Ermənilərin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdikləri kütləvi qətllər əvvəlcədən düşünülüb və planlaşdırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıb. Sultan müəllim soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğuladı. Daha sonra şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi