“Kiçik Akademiya” nın bölmə iclası

Martın 16-da şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması və onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində “Kiçik Akademiya” rəhbəri Gülnarə Məmmədovanın təşkilatçılığı ilə şagirdlərlə görüş keçirildi. Əsas istiqamət şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, müasir dövrdə şagirdlərin potensialını düzgün qiymətləndirmək və onları gələcək uğurlara stimullaşdırmaq, “Kiçik Akademiya” nın fəaliyyətinin izlənməsidir. Daha sonra Gülnarə müəllim şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edən yollar və vasitələr haqqında çıxış etdi. Məktəbdə “Kiçik Akademiya”nın tərkibində humanitar, texniki, təbiət və incəsənət bölmələri fəaliyyət göstərir. Fizika və kimya bölmələri üzrə şagirdlər təqdimatlarını nümayiş etdirdilər, müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi