5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəbin fiziki tərbiyə müəllimləri tərəfindən ayrı-ayrı sinif şagirdləri ilə onlayn tədbilər keçirildi.Tədbirdə müəllimlər idmançı şagirdlərimizi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik etdilər, onlara gələcək idman yarışlarında uğurlar arzuladılar. Şagirdlərə bildirildi ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb.2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi