1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

Martın 1-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və ÇH fənn müəllimi Bayram Hacıyevin təşkilatçılığı ilə 1 Mart- Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı olaraq 10-11-ci sinif şagirdləri ilə onlayn görüş keçirildi. Məktəbin ÇH fənn müəllimi, hərbi rəhbər Bayram Hacıyev 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün olmasını deyərək bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Şagirdlərə video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.