Əbədiyaşar Şəhidlər

Məktəb rəhbərliyi tərəfindən 2-ci Qarabağ döyüşlərində vuruşan şəhidlərin xatirəsinə ayrı-ayrı siniflərə şəhid adlarının verilməsi təşəbbüsü irəli sürülmüş və tədbirlər keçirilmişdir. Məktəbdə  şəhidlərimizin fotosu və onlar haqqında məlumatların qeyd olunduğu guşə yaradılmışdır. Məqsədimiz şagirdlərin şəhidlər barədə məlumatları bilməsi və onları heç vaxt unutmamasıdır. Hər sinifə hansı şəhidin adı verilibsə, o sinifdə oxuyan şagirdlər üçün həmin şəhidin fotosu və adı həkk olunan döş nişanı hazırlanmışdır. Tədbirlərdə şagirdlər qəhrəmanlar haqqında  geniş məlumatlar verdilər və bir sıra vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa etdilər. 2 “A” sinfinə məktəbimizin məzunu olmuş 2-ci Qarabağ döyüşlərində qəhramanlıq göstərən kapitan Məmmədov Pərviz Ələddin oğlu, 2 “D” sinfinə əsgər Musaoğlu Ataməli Seyidməmməd oğlu və 1 “Z” sinfinə əsgər Eyvazlı Məzdək Əli oğlunun adları verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi