21 fevral Beynəlxalq Ana Dili Günüdür

Fevralın 20-də Beynəlxalq Ana Dili Günü ilə bağlı məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı, ayrı-ayrı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Şagirdlərə ana dilimizin gözəllikləri, incəlikləri, saflığı, onun müqəddəsliyi haqqında ətraflı məlumat verildi. Daha sonra şagirdlər şeirlər söylədilər, mahnılar oxudular. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.