“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda onlayn maarifləndirci görüş keçirildi

Fevralın 13-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucov, psixoloq Sürayə Bayramova və Uşaq birliyi rəhbəri Natavan Həşimovanın təşkilatçılığı, 9 “o” sinif şagirdlərinin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda onlayn maarifləndirci görüş keçirildi. Psixoloq bildirdi ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Şagirdlərə ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılığın növləri, zorakılıqdan qorunma yolları və s. barədə məlumatlar verilmişdir.