Tibb bacıları tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparıldı

Məktəbin tibb bacıları Mükafat Əliyeva və Sevda Məlikqasımova tərəfindən məktəbdə uşaqların sağlamlığının mühafizəsi məqsədilə  “Covid-19 infeksiyasının profilaktikası”,“Sağlam həyat tərzi”, “Əllərin gigiyenası” və “Suyun gigiyenik əhəmiyyəti” mövzularında ibtidai sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərlərinə düşən məsuliyyətlər, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri, koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə,səmərəli qidalanma, idmanla məşğul olmaq, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətdə olmağın böyük təsiri barədə müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi