MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜ QEYD OLUNDU

Fevralın 8-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, riyaziyyat müəllimi Gözəl Əsgərovanın təşkilatçılığı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda rəhbəri olduğu Milli Qəhrəman Mübariz İbrahimovun adına olan 5 “c” sinifində Milli Qəhrəmanın doğum günü qeyd olundu.Təşkil olunmuş tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Şagirdlər hazırladıqları təqdimatlarda Mübariz İbrahimovun həyatı, keçidiyi döyüş yolundan ətraflı məlumatlar verərək Qəhrəmana olan sonsuz sevgilərini nümayiş etdirmişlər. Şagirdlər Mübarizin şərəfli yolunun davamçıları olacaqlarına,onun adını daşıyan sinifə layiqli şagird və cəmiyyətə faydalı vətəndaş olacaqlarını bildirdilər. Mübariz İbrahimov heç bir zaman unudulmayacaq və ona olan dərin rəğbət heç bir zaman bitməyəcək, o hər zaman qəlblərdə yaşayacaqdır