Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar onlayn tədbir keçirildi

Fevralın 6-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, Azərbaycan dili və ədəbiyyatı müəllimi Zəminə Mustafayevanın təşkilatçılığı, 9 “E” sinif şagirdlərinin iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda Azərbaycanın görkəmli dramaturqu, publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar “Əbdürrəhim bəy Haqverdiyev -150” mövzusunda onlayn tədbir keçirildi. Zəminə müəllim şagirdlərə Əbdürrəhim bəy Haqverdiyevin milli düşüncənin inkişafında oynadığı əhəmiyyətli rolu, ictimai-siyasi proseslərdə iştirakı və diplomat kimi fəaliyyəti barədə məlumatlar verdi. Mövzu ətraflnda müzakirələr aparıldı.