Risk qrupuna daxil olan şagirdlərlə bağlı valideynlərlə onlayn görüş keçirildi

Yanvarın 26-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı ilə məktəbdə əlverişli mühitin təmin edilməsi istiqamətində risk qrupuna daxil olan şagirdlərlə bağlı valideynlərlə onlayn görüş keçirildi. Görüşün keçirilməsində məqsəd məktəb psixoloqunun valideynlərlə birlikdə emosional davranış və digər problemləri olan şagirdlərlə səmərəli iş sisteminin qurulması, valideynlərlə görüşlərin və maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial-məişət çətinlikləri olan şagirdlərin təhsilinin və fərdi inkişafının dəstəklənməsi ətrafında söhbətlər aparıldı.