Məktəbdə əlverişli mühitin təmin edilməsi istiqamətində şagirdlərlə onlayn görüş keçirildi

Yanvarın 25-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı ilə məktəbdə əlverişli mühitin təmin edilməsi istiqamətində risk qrupunda olan şagirdlər barədə onlayn görüş keçirildi. Psixoloq bildirdi ki, risk qrupuna aid olan uşaqlar dedikdə arzuolunmaz təsir altında düşə biləcək uşaqlar nəzərdə tutulur. Onların əsasən nataman və qeyri-sabit, sosial-iqtisadi durumlu ailələrdən olduğunu dedi. Daha sonra şagirdlərin fərdi psixoloji xüsusiyyətləri, meyl və maraqları, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi ətrafında söhbətlər aparıldı, şagirdlərin sualları cavablandırıldı.