1 fevral əyani tədrisə hazırlıq

Fevral ayının 1-dən etibarən ibtidai siniflər üzrə ənənəvi dərslərin başlaması ilə əlaqədar olaraq xüsusi karantin rejimi dövründə COVİD-19 xəstəliyinin profilaktikası məqsədilə məktəbin texniki işçiləri tərəfindən dezinfeksiya vasitələri ilə təmizlik işləri görülməkdədir. Məktəb binası, sinif otaqları, su və sanitariya qovşaqları, ələxsus çox insanların toxunduğu səthlər (sürahilər, qapı və pəncərə tutacaqları, təlim-tədris vəsaitləri və s.) təmizlənir və dezinfeksiyası həyata keçirilir.