I YARIMİL SUMMATİV QİYMƏTLƏNDİRMƏLƏR ONLAYN FORMATDA KEÇİRİLDİ

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları "na əsasən yanvarın 21-26-dək məktəbin müəllimləri II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirməni “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirmişlər. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülüb. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunmuşdur.
.