“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin qalibi

Yanvarın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələrinin qalibləri ilə onlayn görüş keçirildi.Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak etmişdir. “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən məktəbin
9 “k” sinif şagirdi Şükürzadə Fatimə Zeynalabdin qızı II yerə layiq görülmüşdür.