İLK DƏRSLƏR 20 YANVAR MÖVZUSUNA HƏSR EDİLİB

Yanvarın 19-da məktəbin “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən ilk dərsləri 20 Yanvar hadisələrinin otuz birinci ildönümünə həsr edilmişdir. İlk öncə xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Daha sonra müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri, xalqımızın istiqlal arzusu, eləcə də şəhidlər barədə şagirdlərə geniş məlumatlar verdilər. Şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş hazırladıqları təqdimatlarla çıxışlar etdilər.