20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər keçirildi

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, məktəb rəhbərliyinin, müəllimlərin və ayrı-ayrı sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "20 Yanvar qan yaddaşımızdır” adlı onlayn tədbirlər keçirildi. Tədbirlərdə müəllimlər tərəfindən şagirdlər faciənin qanlı tarixi barədə məlumatlandırılmış, eləcə də yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığı, mətinliyini əks etdirdiyi şagirdlərin diqqətinə çatdırılmışdır. Şagirdlər hazırladıqları təqdimatlarda xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi barədə geniş məlumatlar vermişlər, Vətən şəhidlərinin xatirəsinə ehtiramlarını bildirmişlər.