RESPUBLİKA FƏNN OLİMPİADALARININ MƏKTƏB TURU KEÇİRİLDİ

Yanvarın 16-da 2020-2021-ci tədris ili üçün ayrı-ayrı fənlər üzrə Respublika fənn olimpiadalarının məktəb turu keçirildi. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunmuş olimpiadada məktəbin VIII, IX, X və XI sinif şagirdləri iştirak etdi. Məktəb rəhbərliyinin nəzarəti altında suallar əvvəlcədən hazırlanmış və məxfiliyi qorunmuşdur.