“Yol hərəkəti qaydalarını necə öyrənirəm ”adlı onlayn tədbirlər keçirildi

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, ayrı-ayrı sinif şagirdlərinin iştirakı ilə  “Yol hərəkəti qaydalarını necə öyrənirəm” adlı onlayn tədbirlər, sinif təşkilat saatları  keçirildi. Tədbirlərdə məktəb rəhbərliyi, sinif rəhbərləri, müəllimlər iştirak etdi.Tədbirlərdə müəllimlər tərəfindən şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi. Qeyd olundu ki, şagirdlərdə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məktəblilərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə edildi. Şagirdlər “İşıqfor nə üçün lazımdı?”, ”Yol nəqliyyat hadisələrini yaradan səbəb nədir?”, “Piyada keçid nişanları nə üçün lazımdı?”, “Niyə yol hərəkatı qaydalarına riayət etməliyik”, adlı təqdimatlarında yol hərəkəti qaydaları barədə çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi