Qazi ilə görüş keçirildi

Yanvarın 5-də Vətən müharibəsində torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş Qarabağ qazisi Qasımov Asif Vasif oğlu ilə şagirdlərin görüşü keçirildi. Görüş məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə onlayn olaraq baş tutdu. İlk öncə Azərbaycan Dövlət himni səsləndirildi, vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, yaralanmış qazi Asif Qasımov əsgərlərimizin qəhrəmanlığından, öz döyüş yolundan, ordumuzun şanlı qələbə qazanmasından danışdı, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğuladı.Görüşdə qazi şagirdlərin suallarını cavablandırdı.Tədbirin sonunda məktəbin direktoru Taleh Quliyev çıxış edərək qazimizə təşəkkürünü bildirdi, torpaqlarımız uğrunda şəhid və qazi olmuş vətən oğullarımızın həyat yolunun hər bir Azərbaycan vətəndaşına örnək olduğunu vurğuladı.Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən qazi ilə göruş şagirdlərin xatirələrində əbədi qalmaqla yanaşı, onların keçdiyi qəhrəmanlıq yolunu öz dillərindən eşitmək yeniyetmələr arasında vətənpərvərlik hisslərinin daha da yüksəldir.