MƏKTƏBİN PEDAQOJİ HEYƏTİ İLƏ ONLAYN İCLAS KEÇİRİLDİ

Dekabrın 30-da məktəbin pedaqoji heyəti ilə onlayn formatda iclas keçirildi. İclası açan məktəbin direktoru 2019-2020-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrivə Qaradağ rayon məktəbləri ilə əməkdaşlığa görə BŞTİ-nin rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunan 24 məktəbin içərisində məktəbimizin yer aldığını bildirdi. Daha sonra “Virtual məktəb”də onlayn dərslərin təşkili vəziyyəti, onlayn dərsələrə nəzarət, şagirdlərin onlayn təhsilə cəlb olunma səviyyəsinin artırılması, qarşıda duran digər məsələlər barədə ətraflı çıxış etdi və müzakirələr aparıldı.Sonda direktor 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iclas iştirakçılarını təbrik edərək müəllimlərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.