Qarabağ və işğaldan azad olmuş digər bölgələrimizin tarixi və coğrafiyası, flora və faunası barədə onlayn tədbir keçirildi

Dekabrın 29-da Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmrinə icrasına əsasən məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun, riyaziyyat müəllimi Günay Həsənovanın təşkilatçılığı və 6 “c” sinif şagirdlərinin iştirakı ilə Qarabağ və işğaldan azad olmuş digər bölgələrimizin tarixi və coğrafiyası, flora və faunası barədə onlayn tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etdilər. İlk öncə Dövlət himni səsləndirildi, sonra bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Şagirdlər hazırladıqları təqdimatlarda, videoçarxlarda Qarabağ bölgəsinin yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik mühüm regionlarından biri olduğunu və dünyanın ən qədim insan məskənlərindən birinin məhz Qarabağ ərazisində yerləşdiyini çıxışlarında bildirdilər.