"LÜTFİ ZADƏ ADINA MƏKTƏBLİLƏRARASI MƏNTİQ OLİMPİADASI"NIN MƏKTƏB TURU KEÇİRİLDİ

Dekabrın 20-də “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın məktəb turu onlayn şəkildə keçirildi. Olimpiadaya Azərbaycan bölməsi üzrə VI və VII sinif şagirdləri cəlb edildi. Olimpiada şagirdlərdə məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq və məntiqi bilikləri inkişaf etdirməyi hədəfləyir. “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın məktəb turunu müvəffəqiyyətlə başa vuran şagirdlər dekabr ayında keçiriləcək final turuna vəsiqə qazanacaqdır.