“QARABAĞ AZƏRBAYCANDIR! ” ADLI İNTELLEKTUAL MÜSABİQƏ KEÇİRİLDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinin icrası ilə bağlı olaraq dekabrın 12-də tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı ilə məktəbin VIII-XI sinif şagirdləri arasında müsabiqənin ilk mərhələsi - məktəb turu onlayn olaraq keçirildi.Müsabiqədə məktəb rəhbərliyi, müəllimlər iştirak etdi.Şifahi və ya yazılı sual-cavab əsasında məktəbin 10 “h” sinif şagirdi Babazadə Xalid Altay oğlu ən yüksək nəticə əldə edərək rayon mərhələsini qazanmışdır.