Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn tədbirlər keçirildi

Dekabrın 12-də məktəbimizdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn tədbirlər təşkil olundu. Anım tədbirlərində şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında ətraflı məlumat verildi. Şagirdlər ümummilli liderin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti, həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə məlumatlandırıldılar. “Heydər Əliyev dühası”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", bu kimi digər mövzularda şagirdlər ulu öndərə həsr olunan təqdimatlar hazırlamışlar. Təqdimatlarda şeirlər söyləyib, mahnılar ifa edib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.