"Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi

Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli,  F-512 nömrəli əmrinə icrasına əsasən "Çağırışaqədərki  hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində məktəbin hərbi rəhbəri  Bayram Hacıyevin təşkilatçılığı, X və XI sinif şagirdlərinin iştirakı ilə onlayn maarifləndirici tədbirlər keçirildi. Şagirdlərə işğaldan azad olmuş torpaqlarımız haqqında, Azərbaycan xalqının şanlı qələbəsi, Qarabağın tarixi barədə geniş məlumatlar verildi. Hərbi rəhbər çıxışında bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə müəllimlərin ən böyük və birinci dərəcəli vəzifəsi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onlara vətən üçün yaşayıram fikrini təlqin etməkdir. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm  rol oynayır. Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar, müstəqil vətənimizin keşikçiləri məktəbdə tərbiyə alır və formalaşır. Daha sonra şagirdlərlə Niyə vətənpərvər olmalıyıq?, Vətənpərvərlik nədir? mövzularında söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi