Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyəti

Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmrinin icrasına əsasən vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği istiqamətində məktəbin fiziki tərbiyə müəllimləri Zahid Allahverdiyevin, Mətanət Cəfərovanın, Möhtəşəm Novruzovun, Səyavuş Allahyarlının təşkilatçılığı,məktəbin ayrı-ayrı sinif şagirdlərinin iştirakı ilə onlayn tədbirlər keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mənəvi və fiziki sağlamlığın formalaşması, sağlam həyat tərzinin təbliği və təşviqidir. Şagirdlərə bildirildi ki, fiziki inkişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas göstəricisidir. İnsanların həm fiziki, həm də mənəvi sağlamlığı cəmiyyətin ən böyük sərvətidir. Sağlamlığın qorunması yalnız şəxsin özü üçün deyil, cəmiyyət, vətən, dövlət üçün vacibliyini təsdiqləyir.