Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə keçirilən onlayn tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi barədə”  07.10.2020-ci il tarixli, F-192 nömrəli əmrinin icrası ilə bağlı fəaliyyət planına uyğun olaraq Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi  partizan  Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onlayn tədbirlər keçirilmişdir. Məktəb şagirdlərinin hazırladıqları təqdimatlarda, videoçarxlarda  Əhmədiyyə  Cəbrayılovun bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərməsi, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu haqqında ətraflı çıxışlar edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi