Məktəbin pedaqoji kollektivi ilə onlayn iclas keçirildi

Noyabrın 27-də məktəb rəhbərliyinin və pedaqoji kollektivin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən iclas keçirildi.Direktor ilk öncə bu gün Azərbaycanın möhtəşəm zəfər tarixini yaşadığını, tarixi Azərbaycan torpaqlarının rəşadətli ordumuzun və onun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad olunması münasibətilə böyük sevinclə iclas iştirakçılarını təbrik etdi. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verdi. İclasda pandemiya dövründə təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarəti gücləndirmək, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarəti müəllimlərin nəzərinə çatdırıldı.Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli, F- 512 nömrəli əmrinin məzmunu və icrasının təmin edilməsi barədə pedaqoji kollektivə məlumat verildi.